Son dəqiqə

qeyri-qanuni miqrant

Aralıq dənizində qayıq qəzasında azı 60 qeyri-qanuni miqrant həyatını itirib - BMT

Bakı. TurkicWorld:

Aralıq dənizində qayıq qəzasında azı 60 qeyri-qanuni miqrant həyatını itirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Şabia Mantu deyib.

Qəzada ən azı 60 nəfərin öldüyünü qeyd edən Mantoo bu hadisəni "Aralıq dənizindəki böyük faciələrdən biri" olaraq qiymətləndirib.

“Dənizdə baş verən bu dəhşətli hadisələrin hər biri özündənrazılığın və hərəkətsizliyin ölümcül qiymətini xatırladır. Daha təhlükəsiz alternativlərə təcili ehtiyac var. Dəniz patrullarını gücləndirmək və gələcək faciələrin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir” -deyə o qeyd edib.

Məlumat üçün bildirək ki, Ocean Viking gəmisi bir həftə əvvəl Liviyanı tərk edən 25 nəfəri xilas edib.

Təxminən 60 nəfərin hələ də itkin düşdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər