Bakı, TurkicWorld
Türkiyənin Ağrı vilayətində 966 qeyri-qanuni miqrantın ölkəyə girişinin qarşısı alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ağrı qubernatoru Mustafa Koç iyul ayında qeyri-qanuni yollarla İran sərhədindən ölkəyə keçməyə cəhd edənlərlə bağlı açıqlama verib.
Koç, şəhərdə 54 narkotik hadisəsində 75 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini və onlardan 20-nin həbs edildiyini bildirib.
Qeyd edib ki, əməliyyatlar zamanı 521 kiloqram narkotik və 13 min 75 sintetik narkotik həb ələ keçirilib.
O, bu əməliyyatların narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nə qədər səmərəli və qətiyyətli olduğunun əyani göstəricisi olduğunu vurğulayıb.
Hafiz Rufizoğlu