Son dəqiqə

İngiltərə etiraz aksiyası qeyri-qanuni miqrant

İngiltərədə miqrantlara qarşı etirazlar bir çox bölgəyə yayılıb

Bakı,TurkicWorld

İyulun 30-da İngiltərədə başlayan ifrat sağçı küçə etirazları bütün ölkəyə yayılıb. Çoxlu sayda polis əməkdaşı yaralanıb, polis maşınlarına, evlərə, mülki avtomobillərə və dini tikililərə hücum edilib.

TurkicWorld xəbər verir ki, iyulun 29-da İngiltərənin Southport şəhərində 17 yaşlı şəxs bıçaqlı hücum həyata keçirib, nəticədə 3 uşaq ölüb, 8-i uşaq olmaqla 10 nəfər yaralanıb.

Polis,18 yaşından kiçik olduğu üçün şəxsiyyətini açıqlamadıqları cinayətkarın Uelsin paytaxtı Kardiffdə doğulduğunu açıqlayıb.

Lakin hücum edənin kimliyinin açıqlanmaması ifrat sağçı ekstremistlərin sosial şəbəkələrdəki spekulyativ paylaşımlarının və xəbərlərinin bir hissəsi oldu. İfrat sağçı hesablar və xəbər saytları tərəfindən hücumu həyata keçirən şəxsin keçən il qeyri-qanuni yollarla İngiltərəyə gəldiyi və adının “Əli” olduğu xəbəri yayılıb.

Avqustun birində hücum edənin Axel Rudakubana adlı şəxs olduğu və onun Ruanda əsilli olduğu bildirilib.

Sautportda baş verən hadisələrdə 53 polis əməkdaşı yaralanıb, 5 nəfər saxlanılıb

Southportdakı hücumdan bir gün sonra ifrat sağçı İngilis Müdafiə Liqası (EDL) şəhərdəki mühacirlərə və müsəlmanlara qarşı etirazlar keçirəcəkləri ilə bağlı çağırış etmişdi.

Şəhərdə toplaşan ifrat sağçı fəallar bıçaqlı hücumun baş verdiyi küçənin yaxınlığındakı Southport İslam Cəmiyyəti Məscidini (Islamic Society Mosque) daşqalaq etdilər. İfrat sağçılar burada polislə toqquşaraq çoxlu polis əməkdaşını yaralayıb, bir polis furqonunu isə yandırıb.

Sautportda baş verən hadisələr nəticəsində 53 polis əməkdaşı və 3 polis iti yaralanıb, 5 nəfər saxlanılıb.

Şənbə günü 92 nəfər saxlanılıb

İyulun 30-da axşam saatlarında İngiltərənin qərb sahilindəki Sautportda başlayan ifrat sağçı zorakılıq hadisələri avqustun 2-də ölkənin şərq sahilindəki Sanderlendə sıçradı.

Şəhərdəki “Mədinə Ənvər” (Masjid-e Anwaar-e Madinah) məscidinin qarşısında toplaşan ifrat sağçı kütlə polislə əlbəyaxa olub. İzdiham şəhərdə bir polis bölməsini yandırıb, bəzi dövlət qurumlarını da yandırmağa təşəbbüs göstərib.

Hadisələr nəticəsində üç polis əməkdaşının yaralandığı şəhərdə 10 ifrat sağçı ekstremist saxlanılıb.

Sanderlendlə eyni gündə ifrat sağçı fəallar Hartlepul, Liverpul, Qlazqo və Doverdə şəhər meydanlarında və məscidlərin qarşısına toplaşıblar.

İngiltərənin Sunderland və Southport şəhərlərində ifrat sağçı küçə insidentləri bu həftə sonu ifrat sağçıların etiraz dalğası ilə müşayiət olundu.

İfrat sağçı ekstremistlər Britaniyanın Bristol, Liverpul, Hull, Blekpul, Stok-on-Trent və Blekbern də daxil olmaqla təxminən 20 şəhərində və Şimali İrlandiyanın paytaxtı Belfastda 4 fərqli yerdə küçələrə çıxıblar.

Şənbə günü bu şəhərlərdə mühacirlərin iş yerlərinə, məscidlərə, polis maşınlarına və çevik qüvvət polisinə hücum edən 92 sağçı ekstremist saxlanılıb. Bristolda ifrat sağçı ekstremistlərin toplaşdığı əraziyə getməməyi tövsiyə edən polis, atlı zabitlərlə kütləyə müdaxilə edib.

Bu şəhərlərdə ifrat sağçı ekstremistlər bəzi hallarda əks fikirli müxalif qruplarla, dini və ticari strukturlarını qorumağa çalışanlarla üz-üzə gəlirdilər. Hull və Stok-on-Trentdə iki sağçı ekstremistin bıçaqlanması xəbəri hadisələrin qızışmasına səbəb olarkən, polis bu xəbərlərin yalan olduğunu açıqladı.

Polis Blackpool və Manchester-də keçirilən etiraz aksiyalarını dayandırmağa çağırıb və yenidən toplaşmağı qadağan edib.
İngiltərə bazar günü də ifrat sağçı küçə hadisələrinin şahidi olub. Weymouth, Middlesbrough ve Rotherham şəhərlərində toplaşan ifrat sağçı qruplar yenidən mühacirləri və müsəlman icmasını hədəfə alıblar.

Rotherhamda qeyri-qanuni mühacirlərin və sığınacaq axtaranların yerləşdiyi otelin qarşısına toplaşan ifrat sağçı qruplar binaya daş və stul kimi əşyalar atıblar.

Birinci mərtəbədəki sındırılmış pəncərədən binaya od vurmaq istəyən ifrat sağçı ekstremistlərə polis müdaxilə etsə də, camaat başqa yerlərdən otelə daxil olmağa çalışıb.

İfrat sağçı qruplara qarşı irqçilik əleyhdarları olan bir qrup Midlsbroda “Masjid al-Madinah” adlanan məscidin qarşısına bir yerə toplaşıblar. Təxminən 200 nəfər məscidi qoruyub, ifrat sağçı qrup yürüş zamanı bəzi evlərin şüşələrini sındırıb.

Bir dönərxananın qarşısındaki maşını yandıran üzü maskalı ifrat sağçı ekstremistlər, çevik polis əməkdaşlarına daş və butulka atıblar, içərisində yanna zibil qabları isə polisin üzərinə sürülüb.

Şəhərin tabe olduğu Cleveland polisi 14 nəfərin saxlanıldığını bildirib.

İfrat sağçı ekstremistlər və anti-irqçilər ölkənin cənubundakı Veymut sahil şəhərində də qarşılıqlı etiraz aksiyası təşkil ediblər. Polislə qarşı tərəfə keçməyə çalışan ifrat sağçı ekstremistlər arasında dava baş veeib, bəzi şəxslər saxlanılıb.

Mövzuya görə xəbərlər