Son dəqiqə

Fələstin İsrail ABŞ Kuba

Kuba ABŞ-ı Beynəlxalq Ədalət Məhkəməsində İsrailin şəriki olmaqda ittiham edib

Bakı. TurkicWorld:

İsrailin işğal etdiyi Fələstin torpaqlarında tətbiq etdiyi təcrübələrin hüquqi nəticələrinin müzakirə edildiyi Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Kuba, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə şərik olmaqda ittiham edib.

TurkicWorld-un məlumatına görə, BƏM-də İsrailin işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı dinləmələr davam edir.

Dinləmələrdə Kuba adından çıxış edən Xarici İşlər Nazirinin müavini Anayansi Rodriguez Kamejo bildirib ki, işğalçı İsrailin qanunsuz güc tətbiqi səbəbiylə Fələstin xalqı, qadınlar və mülki əhali bütövlükdə qırğına məruz qalmaqda davam edir. Bu qətliam beynəlxalq hüquq çərçivəsində soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyan ABŞ kimi ölkələrin şərikliyi ilə baş verir.

İsrailin Fələstin torpaqlarını işğalının beynəlxalq hüquqa görə qeyri-qanuni olduğunu vurğulayan Kamejo qeyd edib ki, İsrailin mülki və döyüşçülər arasında ayrı-seçkilik qoymayan siyasəti, illərlə davam edən işğal, işgəncə, məcburi köçkün, həbs və vətəndaşlıq hüquqlarının rədd edilməsidir.

Kamejo vurğulayıb ki, İsrailin Fələstini işğalını rədd etmək və Beynəlxalq Məhkəmənin qərarlarına əməl etmək, beynəlxalq hüquqdan irəli gələn ölkələr üçün öhdəlikdir.

"İsrailin pozuntusu BMT-nin həqiqi hərəkətsizliyinin nəticəsidir və Təhlükəsizlik Şurasında veto imtiyazından sui-istifadə, məsuliyyətsiz istifadənin birbaşa göstəricisidir",- deyə o bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 29 min 195-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər