Son dəqiqə

Qazaxıstan Rusiya Kasım-Jomart Tokayev

Qazaxıstan prezidenti Rusiyaya gedəcək

Bakı. TurkicWorld:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya gedəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Tokayev Kazanda keçiriləcək "Gələcəyin oyunları" beynəlxalq turnirinin açılış mərasimində iştirak edəcək.

Tədbirdə həmçinin, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinin və digər dövlətlərin rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Mövzuya görə xəbərlər