Bakı. TurkicWorld:
14-15 dekabr tarixlərində Brüsseldə keçiriləcək Avropa İttifaqının Şurasının zirvə toplantısında Qəzzadakı vəziyyət və iki dövlətli həll yolu ilə bağlı dəqiq mövqenin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılacaq.
TurkicWorld-un məlumatına görə, İsrailin Qəzzada törətdiyi soyqırımı ilə bağlı İspaniya, Belçika, İrlandiya və Maltanın baş nazirləri Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişelə məktub göndərərək, İsrailin bombardmanları altında olan Qəzzadakı vəziyyətlə bağlı Aİ Şurasında aydın mövqe nümayiş etdirməyi xahiş ediblər.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 18 minə yaxın artıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_