Qəzzada humanitar atəşkəs uzadıla bilər - Bayden

Qəzzada humanitar atəşkəs uzadıla bilər - Bayden

Bakı. TurkicWorld:

ABŞ Prezidenti Cozef Bayden Massaçusets ştatında keçirilən mətbuat konfransında HƏMAS hərəkatı ilə İsrail arasında dörd günlük humanitar atəşkəslə bağlı açıqlama verib.

TurkicWorld xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Belə ki, jurnalıstlərin suallarını cavablandıran Bayden Qəzzada atəşkəs rejiminin uzadılması ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib.

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.