Fələstin İsrail D-8 ölkələri Qəzza

D-8 ölkələri Qəzza zolağında “insanlığa qarşı cinayətlər və zorakılıq aktları”nın dayandırılmasını tələb edib

Bakı. TurkicWorld:

D-8 ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı Qəzza zolağında “insanlığa qarşı cinayətlər və zorakılıq aktları”nın dayandırılmasını tələb edib.

TurkicWorld-un məlumatına görə, Banqladeşin paytaxtı Dəkkədə keçirilən D-8-in 47-ci iclasından sonra verilən ortaq bəyanatda Qəzzada humanitar yardım dəhlizinin açılmasını və Qəzza zolağında “insanlığa qarşı cinayətlərin və zorakılıq aktlarının” dayandırılmasını tələb edib.

Bəyannamədə bildirilib ki, bütün üzv dövlətləri məsələ ilə məşğul olan beynəlxalq qurumlarla əməkdaşlığa və humanitar yardım göstərməyə dəvət edirik.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

İsrailin Qəzzaya hücumları nəticəsində ölən mülki vətəndaşların sayı 5 min 791 nəfərə çatıb.

Mövzuya görə xəbərlər