Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdədir

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdədir

Bakı. TurkicWorld:

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanda səfərdədir.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kanadalı nazir erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Qeyd edək ki, ötən gün Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti ölkənin xarici işlər naziri Melani Colinin Ermənistana səfər edəcəyi barədə məlumat verib.

Bildirilib ki, kanadalı nazir oktyabrın 25-dən 27-dək Ermənistanda səfərdə olacaq.

"Nazir Coli Ermənistanın paytaxtı İrəvanda olarkən xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın Baş naziri və Ermənistan Respublikasının Prezidenti ilə Kanada və Ermənistan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi vasitələrini müzakirə edəcək. O, Kanadanın Ermənistandakı səfirliyinin açılışında iştirak edəcək", - deyə Kanada XİN bildirib.