Son dəqiqə

İsrail Qəzza zolağı Antonio Quterreş

HƏMAS-ın hücumları boşuna baş verməyib - Quterreş

Bakı. TurkicWorld:

HƏMAS-ın hücumları boşuna baş verməyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin Təhlükəsizlik Şurasının iclasında deyib.

O qeyd edib ki, İsrailin Qəzzada kütləvi qətllərinə haqq qazandırmaq olmaz.

"Qəzzada baş verən humanitar krizisi yüngülləşdirmək, göndərilən yardımın zəmanətli paylanmasını və girovların azad edilməsini asanlaşdırmaq üçün təcili humanitar atəşkəs çağırışımızı təkrar edirik. Qəzzada beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasından narahatıq. Hər hansı bir silahlı münaqişənin tərəfləri beynəlxalq humanitar hüquqdan üstün deyil." – deyə Quterreş bildirib.

O qeyd edib ki, Qəzzada BMT-nin yanacaq ehtiyatlarının tükənməsi bölgədə ciddi fəlakət yaradacaq.

“Şahidi olduğumuz münaqişə görünməmiş və genişlənmək təhlükəsi olan bir münaqişədir. İsrailin Qəzzaya basqınları çoxlu sayda dinc sakinin öldürülməsinə və bir milyondan çox fələstinlinin didərgin düşməsinə səbəb olub.”- deyə BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vensland bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər