Bakı. TurkicWorld:
BMT Baş Assambleyası İsraillə HƏMAS arasındakı münaqişəni müzakirə etmək üçün xüsusi fövqəladə iclas keçirəcək.
TurkicWorld xəbər verir ki, fövqəladə iclasın cümə axşamı BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, ötən həftə BMT Təhlükəsizlik Şurası münaqişədə humanitar fasiləyə çağıran qətnamə qəbul edə bilmədiyindən, İordaniya və digər ərəb ölkələri Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi üçün müraciət ediblər.
Təhlükəsizlik Şurasının on beş üzvündən on ikisi qətnamənin lehinə səs verib. ABŞ qətnamədə İsrailin özünümüdafiə hüququnun qeyd olunmadığını bildirərək qətnaməyə veto qoyub.
BMT Baş Assambleyasının xüsusi fövqəladə iclasında 193 üzv ölkənin hər hansından nümayəndələr iştirak edə bilər.