Son dəqiqə

BMT Antonio Quterreş Yaxın Şərq

Yaxın Şərqdə dərhal atəşkəs elan edilməlidir - Antonio Quterreş

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə atəşkəslə bağlı çağırış edib.

TurkicWorld xəbər verir ki, Quterreş bu barədə Pekində keçirilən "Bir kəmər, bir yol" 3-cü beynəlxalq əməkdaşlıq forumunun açılışında deyib.

İsrail-Fələstin münaqişəsinə toxunan BMT baş katibi tərəfləri dərhal atəşkəs elan edərək, əsirləri azad etməyə və humanitar yardıma çıxış imkanı yaratmağa çağırıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.