Son dəqiqə

Avropa İttifaqı Kiyev Cozep Borrell

Avropa İttifaqının xarici işlər nazirləri ilk dəfə Kiyevdə görüşüblər

Bakı. TurkicWorld:

Avropa İttifaqının xarici işlər nazirləri ilk dəfə Kiyevdə görüşüblər.

TurkicWorld-un məlumatına görə, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bu barədə öz sosial media platformasında paylaşım edib.

“Ukraynanın gələcəyi Aİ-dədir”,- deyə paylaşımda bildirilib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell, nazirlərin müharibə ilə bağlı son vəziyyəti və Ukraynaya verilən dəstəyi müzakirə edəcəklərini bildirib.

Borrell vurğulayıb ki, bütün üzv ölkələrin nazirləri Kiyevdə toplaşıb və Ukraynanı dəstəkləmək əzmində olduqlarını nümayiş etdiriblər.

"Bu müharibənin bütün dünya üçün dərin nəticələri var. Dünyadakı hər kəsə belə görünməyə bilər, lakin biz avropalılar üçün bu müharibə ekzistensial təhlükədir",- deyə Borrell qeyd edib.

Qeyd edək ki, 19 Sentyabr tarixində Aİ Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti iclası ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcəyi məlumatını verib.

Mövzuya görə xəbərlər