Bakı. TurkicWorld:
Liviyanın şimal-şərq bölgələrini vuran leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 3 mini keçib.
TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 10 minə yaxın insan itkin düşüb. Bu səbəbdən qurbanların sayının dəfələrlə artacağı ehtimal edilir.
Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.
Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.