Son dəqiqə

zəlzələ Mərakeş

Mərakeşdə zəlzələdən ölənlərin sayı 3 minə yaxınlaşıb

Bakı. TurkicWorld:

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2901 nəfər çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin saytında məlumat paylaşılıb.

Məlumata görə, daha çox ölüm halları (1643) Əl-Hauz əyalətində qeydə alınıb. 7,0 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı isə 5530 nəfərə çatıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsinə düşüb. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Mövzuya görə xəbərlər