Son dəqiqə

Avstriya Rusiya

Avstriya Rusiya qazından asılılığını etiraf edib

Bakı. TurkicWorld:

Rusiyadan qaz almaq mənəvi cəhətdən xoşagəlməzdir, lakin hələlik bundan qaçmaq mümkün deyil.

TurkicWorld xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer ORF telekanalına müsahibəsində bildirilib.

O qeyd edib ki, bir nömrəli prioritet enerji təchizatının təhlükəsizliyidir:

"Sistem və istehsal pozularsa, insanların enerji təchizatı dayandırılacaq".

Nehammer vurğulayıb ki, Avstriya artıq 2022-ci ildə Rusiyadan qaz asılılığını azaltmağa başlayıb:

"Hazırda respublika Almaniya və İtaliya vasitəsilə çatdırılmaların genişləndirilməsi üzərində işləyir".

Bununla belə, kansler xatırladıb ki, milli neft-qaz konserni OMV Avstriyaya qaz tədarükü üçün "Qazprom" ilə 2040-cı ilə qədər müqavilələr imzalayıb.

Bundan əvvəl Avstriyanın energetika naziri Leonor Gevessler xəbərdarlıq etmişdi ki, Rusiya təbii qazının Mərkəzi Avropa ölkələrinə tədarükü Ukraynadakı hərbi əməliyyatlar səbəbindən təhlükə altında ola bilər.

Mövzuya görə xəbərlər