Bakı. TurkicWorld:
Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə qarşı hücumlar davam etdirilib.
TurkicWorld-un məlumatına görə, təxribatlar polisin iştirakı ilə həyata keçirilib.
“Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Kopenhagendə Pakistan, Əlcəzair, İndoneziya və Mərakeş səfirlikləri qarşısında Qurani-Kərimi yandırıblar.
Daha sonra qrup Kopenhagendəki məscidin qarşısında Qurani-Kərimi yandırıb.
İslam əleyhinə pankart açıb şüarlar səsləndirən qrup bu anları sosial media hesabından canlı yayımlayıb.
Hafiz Rufizoğlu