Son dəqiqə

Danimarka

Danimarka enerji içkilərinin satışını qadağan etmək istəyir

Bakı, TurkicWorld

Danimarkada səhiyyə və istehlakçı qruplar gənclərə yüksək kofeinli içkilərin satılmasının qadağan edilməsini tələb edir.

TurkicWorld xəbər verir ki, sağlamlığı müdafiə edən qruplar Danimarkada enerji içkiləri ilə bağlı daha sərt qaydalar tələb edir.

Ölkədəki təşkilatlardan biri olan Uşaq Sağlamlığı Mərkəzi 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışının qadağan edilməsini tələb edir.

"Hər keçən gün daha çox ölkə uşaqları enerji içkilərindən qoruyur. Biz də bunu etməliyik", - Uşaq Sağlamlığı Mərkəzinin baş direktoru Morten Gronbaek deyib.

"Təəssüf ki, içki sənayesinin xəbərdarlıqları və yaxşı niyyətləri kifayət etmir" deyən Gronbaek, "Uşaqlar bu zərərli qazlı içkiləri içmək üçün reklamların və sosial media məşhurlarının təsiri altında qalırlar" bildirib.

Oxşar çağırışlar Danimarka İstehlak Şurası (Forbrugerrådet Tænk) və Danimarka Qida İdarəsi (Fødevarestyrelsen) tərəfindən də səsləndirilib.

İstehlak Şurası xüsusilə 16 yaşdan kiçik uşaqlara kofeinli içkilərin satışının dayandırılmasını istəyir.

Danimarka İstehlak Şurasının Siyasət Direktoru Karin Brek, "Danimarkanın qida sektoru üzrı səlahiyyətli şəxsləri enerji içkilərinin uşaqlar üçün uyğun olmadığına qərar veriblər, çünki kofein uşaqların beyin və bədənlərinə təsir edə bilər" deyib.

Xəbərdarlıqların çıxış yolu olmadığını ifadə edən şura direktoru Breck, "İctimaiyyəti məlumatlandırmaq və məhsullara xəbərdarlıq etiketləri yapışdırmaq səylərinə baxmayaraq, bu tədbirlər istənilən effekti vermir",- deyə əlavə edib.

Danimarka bu məsələ ilə bağlı konkret məhdudiyyətlər gətirəcəyi təqdirdə, Latviya, Litva və Polşa kimi yaş məhdudiyyəti tətbiq edən digər ölkələrin arasına qatılmış olacaqdır.

İyulun 4-də keçirilən seçkidə qalib gələn Leyboristlər (işçi) Partiyasının seçkidən əvvəl 16 yaşdan kiçiklərə kofeinli enerji içkilərinin satışını qadağan edəcəyini elan etmişdi. Ona görə də İngiltərənin də eyni qərarı verməsi ehtimal edilir. Bu tədbir isə Böyük Britaniyadakı supermarketlər tərəfindən könüllülük əsasında tətbiq edilir.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) məlumatına görə, uşaq və yeniyetmələrin gündə vücudlarındaki hər kiloqram üçün 3 milliqram (mq) kofein içməyin təhlükəsiz olduğu bildirilir.

250 millilitrlik (ml) Red Bull qutusunda 80 mq kofein olduğu halda Birləşmiş Ştatların (ABŞ) Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, 240 qram Monster enerji içkisində isə 79,2 mq kofein var.

Mövzuya görə xəbərlər