Bakı, TurkicWorld
İsrailin Kopenhagendəki səfirliyinin təxminən 500 metrliyində partlayış baş verib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, polis hadisənin İsrailin diplomatik missiyasının binası yaxınlığındakı 2 partlayışdan 5 gün sonra baş verdiyini bildirib.
"Biz İsrail səfirliyi yaxınlığında baş vermiş əvvəlki insidentlə əlaqənin olub-olmadığını araşdırırıq. Bunun belə olduğuna dair heç bir əlamət yoxdur", - Kopenhagen polis müfəttişi qeyd edib.
Qeyd edək ki, oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib. Bununla bağlı 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, səfirliyin yaxınlığında partlayış törətməkdə təqsirli bilinən 2 İsveç vətəndaşı terrorçuluqda ittiham olunub.