Bakı. TurkicWorld:
Taylandda fişəng anbarında şiddətli partlayış baş verib.
TurkicWorld-un məlumatına görə, bu barədə Taylandın Narathiwas qubernatoru Sanan Pongaksorn deyib.
Partlayış zamanı doqquz nəfər ölüb, 115 nəfər isə yaralanıb.
Anbarın ətrafındakı 100-ə yaxın yaşayış yerinin zərər görüb.
Qubernator qeyd edib ki, qəza dəmir emal edilərkən partlayıcı maddələrin içinə sıçrayan qığılcımlar nəticəsində baş vermiş ola bilər.
Hafiz Rufizoğlu