Bakı, TurkicWorld
Tailand hökuməti 40 uyğur türkünü Çinə ekstradisiya edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , çərşənbə axşamı səhər saatlarında həyata keçirilən məxfi əməliyyat Taylandın Pekinlə münasibətlərini ön plana çıxarıb.
Çin Xarici İşlər Nazirliyi prosesin qanunlara uyğun olduğunu bildirərkən, insan haqları qrupları uyğurların Çində həbs və ya işgəncə riski ilə üzləşəcəyini vurğulayır. BMT-nin 2022-ci il hesabatında Sincandakı kütləvi həbslərin insanlığa qarşı cinayət təşkil edə biləcəyi qeyd edilmişdi.
Məlumata görə, ekstradisiya olunan uyğurlar 2010-cu illərdə Sincandan qaçmağa cəhd edənlər arasındadır. Onların təhlükəsiz bir ölkəyə köçməsinə icazə verilməsini tələb edən fəallar, bu addımın beynəlxalq hüququ pozduğunu bildirirlər.
Taylandın Baş naziri Paetongtarn Shinawatra hökumətin beynəlxalq qanunlara uyğun hərəkət etdiyini desə də, əlavə təfərrüat açıqlamayıb
Qeyd edək ki, daha öncə verilən açıqlamada, Taylandın ölkədə saxlanılan uyğur müsəlmanlarını Çinə deportasiya etmək kimi bir planlarının olmadığı bildirilmişdi.
Taylandda Uyğurların hüquqları məsələsi diqqət mərkəzindədir







