Mayk Pens ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

Mayk Pens ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

Bakı. TurkicWorld:

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ilin noyabrında ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat bu gün ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

Qeyd edək ki, Pens Respublikaçılar Partiyasını təmsil edir. Donald Trampın prezidentliyi dövründə onun əsas müttəfiqlərindən olmuş Pens qarşıdakı seçkilərdə onun rəqibi kimi iştirak edəcək.