...

Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirib

Dünya xəbərləri Digər xəbərlər 26 May 2023 09:51
TurkicWorld Sabir Alizade
Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirib

Bakı. TurkicWorld:

Yaponiya Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaları sərtləşdirib.

TurkicWorld cümə günü xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Məlumata görə, yenilənmiş sanksiya siyahısına Rusiyadan 17 fiziki şəxs və 78 təşkilat daxildir, onların Yaponiyadakı aktivləri dondurulub.

Həmçinin 80 təşkilata qarşı ixrac məhdudiyyətləri qoyulub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti