Son dəqiqə

Pakistan İmran xan

Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb

Bakı. TurkicWorld:

Pakistan polisi keçmiş baş nazir İmran Xanın evini mühasirəyə alıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Polislərin sözlərinə görə, İmran Xan öz evində korrupsiya ittihamı ilə həbsinə qarşı ötən həftə etiraz aksiyaları keçirən insanlara sığınacaq verib.

Qeyd edək ki, mayın 11-də Pakistanın Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və onun həbsdən azad edilməsinə göstəriş verib. Mayın 12-də İmran Xan məhkəmə binasını tərk edərək evinə gedib.

Mövzuya görə xəbərlər