Ermənistan KTMT-dən çıxmağı planlaşdırır

Ermənistan KTMT-dən çıxmağı planlaşdırır

Bakı TurkicWorld

Ermənistan KTMT-dən çıxmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

O, bildirib ki, 2022-ci ilin sentyabrında Ermənistan Təhlükəsizlik Şurası KTMT-dən çıxmaq imkanını müzakirə edib və təşkilata üzvlüyün davam etdirilməsi barədə qərar qəbul edib.

"Bu, Təhlükəsizlik Şurasının iclasında 2022-ci ilin sentyabrında müzakirə olunub. Hazırda təşkilatdan çıxmaqla bağlı heç bir məlumat yoxdur. KTMT- də qalmağımız isə vəziyyətə uyğun olaraq müzakirə olunacaq”, - deyə o qeyd edib.

Məlumaq üçün qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel

1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.

2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar və KTMT üzvlərinin sayı 6-ya düşüb.

7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.

2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.

Mehriban Xəlilli
@MXalilbekova