Son dəqiqə

Kim kimdir?

Yulduz Usmanova kimdir?

Bakı.TurkicWorld:

Orta Asiyanın ən populyar müğənnisi Yulduz Usmanova, 1963-cü ildə Özbəkistanın Margilan şəhərində işçi ailəsində anadan olub.

Atası ipək fabrikində işləyib, həm də taxtadan məmulatlar düzəldərək pul qazanıb. Boş vaxtlarında emalatxanasında qəhvə stolları düzəldib, həftə sonları axşamlar satışını həyata keçirib. Anası da zəhmətkeş qadın olub, atası kimi Margilan ipək kombinatında işləyib. Yulduz Osmanova ailədə 8 uşaq olub və hər biri uşaqlıqdan hər işdə bir-birinə kömək etməyi, evdə işləməyi öyrəniblər.

Müğənni adının qoyulma tarixçəsi haqqında danışarkən qeyd edib ki, o doğulanda valideynləri doğum haqqında şəhadətnamə almaq üçün müraciət ediblər. Şəhadətnamə almağa gedərkən böyük qardaşı İsmayılı da özləri ilə aparıblar. İsmayıl, səmada parlaq bir ulduz gördüyünü deyib və bacısısına Ulduz adının verilməsini təklif edib.

Yulduz Usmanova özü haqqında danısarkən, kiçik yaşlarından canlı xarakteri ilə, həssaslığı ilə fərqləndiyini qeyd edib. Özündə kiçik yaşlarından sənətkar ruhunun, oxumaq bacarığının olduğunu vurğulayıb.

Gənc Yulduz xüsusi təhsil alıb - o, Daşkənddə konservatoriyanın vokal sinfini bitirib. Müsabiqələrdə iştirak edib, çıxış edib, tədricən yerli tamaşaçılarla tanış olub.

"Asiyanın səsi" beynəlxalq müsabiqəsində qalib gəlməsi sənətçinin taleyini dəyişdirib. Bu müsabiqədəki qalibiyyətindən sonra populyarlığı sürətlə artıb, sənətçinin fotoşəkilləri və CD-ləri bütün dünyada satılmağa başlayıb. Usmanova Asiya, İngiltərə, Almaniya, Belçika və digər Avropa ölkələrində çıxış etmək üçün dəvətlər alıb. Onun mahnıları ingilis dilinə tərcümə olunub və hər bir klip qitələrarası səviyyədə yayımlanıb. Bugün Tacikistanda, Özbəkistanda, Rusiyada, Türkiyədə mahnıları radiolarda dinlənilir, klipləri televiziyada nümayiş etdirilir. Ulduz Usmanova ümumilikdə 100-dən çox albom buraxıb, repertuarında səkkizdən çox dildə 600-dən çox mahnı var.

Yulduz Usmanovanın şəxsi həyatı, həyat yoldaşı və uşaqları hər zaman ictimaiyyətin diqqətini çəkib. Müğənni, musiqiçi İbrahim Həkimovla 1986-cı ildə ailə həyatı qurub və onların Nilüfər adlı bir qızı var.

Yulduz Usmanovanın bir sıra qeyri-adi hobbiləri var. Məsələn, Usmanova bütün konsert geyimlərini rahat, parlaq və özünü əks etdirən şəkildə özü hazırlayır.

Yaşına baxmayaraq, sənətçi hələ də geniş qastrol səfərlərində olur. Yulduz Usmanova eyni vaxtda üç ölkənin - Özbəkistan, Tacikistan və Türkmənistanın xalq artisti, Qazaxıstanda isə ölkənin əməkdar artisti adını daşıyır.

Türkcə albomları:

2009 - Dünya

2010 - Kıble benim kalbimde

2011 - Bir şans ver

Beynəlxalq albomları:

Alma Alma

Jannona

Binafscha

The selection album

Dunya

Yulduz

The best of Yulduz Usmanova

Mövzuya görə xəbərlər