Son dəqiqə

Kim kimdir?

Parqalı İbrahim paşa kimdir?

Bakı, TurkicWorld:

1523-1536-cı illərdə Sultan Süleyman dövründə baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Paşa, 1493-cü ildə Yunanıstanın Parqa yaxınlığındakı kəndində anadan olub. O, altı yaşında İstanbula gətirilib.

Sultan Süleyman, şahzadəlik dövründə Manisada tanış olduğu və dostluq etdiyi İbrahimi öz yanına götürüb. İbrahim onun can yoldaşı olub.

İbrahim Paşa 1521-ci ildə Belqradın fəthində iştirak edib. 1522-ci ildə Rodos ekspedisiyasına qatılıb. 1523-cü ildə o baş vəzir təyin edilib.

Parqalı İbrahim paşa 1524-cü ildə Sultan Süleymanın bacısı Xədicə Sultanla evlənib. Ona, Misirdə ictimai asayişi qorumaq üçün Misir qubernatoru titulu verilib. Osmanlı dövləti ilə Macarıstan arasında baş verən Moxaç müharibəsinin qələbə ilə bitməsində mühüm rol oynayıb.

İbrahim Paşa Anadoluda gördüyü tədbirlərlə üsyanları bitirib. 1533-cü il İstanbul müqaviləsi ilə Avstriya imperatorunu Osmanlı dövlətindən asılı vəziyyətə salıb. Səfəvilərə qarşı yönələn İraq səfərində iştirak edib və Təbrizi alıb. Sultan Süleymanın qoşunlarına qoşularaq Bağdadın fəthində iştirak edib.

13 il sədr - əzəm olan, fars, yunan, serb və italyan dillərini bilən İbrahim Paşa 15 mart 1536 - cı ildə boğularaq öldürülüb.

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər