Son dəqiqə

Kim kimdir?

Cevat Paşa kimdir?

Bakı, TurkicWorld:

Cevat Çobanlı öz biliyi, zəhmətkeşliyi, mərdliyi, xeyirxahlığı, ədalətli xasiyyəti ilə türk ordusuna və türk millətinə əvəzsiz xidmətlər göstərmiş dəyərli bir komandirdir.

Cevat Paşa hərbçi atanın oğlu olub. Balkan müharibəsi ilə başlayan hərbi mübarizəsi Qurtuluş Döyüşünə qədər davam edib və Cümhuriyyət Dövründə mühüm vəzifələrdə çalışıb. O, 1871-ci ildə İstanbulda anadan olub. 1894-cü ildə Hərbi Akademiyanı birinciliklə bitirib və Baş kapitan rütbəsi ilə məzun olub. 10 avqust 1914-cü ildə Çanaqqala Müstəqil Bölgə Komandanlığına təyin edilib.

Çanaqqala Mühafizə Bölgəsinin komandanı vəzifəsinə gəldiyi gündən öz biliyi və zəhməti ilə Boğazın müdafiəsini mövcud imkanlarla gücləndirərək Çanaqqala boğazını keçilməz edib.

18 Mart Çanaqqala Zəfərində ən böyük payı olan şəxsiyyətlərdən biridir və dünya səviyyəsində Çanaqqala Qəhrəmanı Cevat Paşa kimi tanınıb.

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər