Bakı. TurkicWorld:
Abaxan - Türk mifologiyasında əfsanəvi xaqan. Aba Xan, Apa Xan, Abakan (Abağan, Abığan) Xan olaraq da bilinir. Abaxan boyunun və Xaqasların atası olaraq qəbul edilir.
Qızıl Gölde yaşadığına inanılır. Yağış yağdırdığı və Altayların qoruduğu inancı ilə məşhurdur.
Ehtimal edilir ki , Abakan çayının adı, sahilində yaşayan Aba Xan (ayı xan) adlı bir döyüşçünün atıyla birlikdə bu çayın sularında boğulması səbəbiylə verilmişdir.
Xaqaslar da Abaxan Xanın bu çayın qaynağında yaşadığını və onu qoruduğunu düşünürlər. Abakan Xanın atıyla çayın bir sahilindən digər sahilinə atladığına inanırlar.
Kiçik Abakan və Böyük Abaxan çaylarının qovuşduğu yerdə ayıya bənzər formalı qayalar vardır.
Etimologiya
(Ab/Ap/Ay/Av/Az) kökündən törəmişdir.
Sözün mənası ayı xan və ya ayı qanı deməkdir. Bundan başqa əlaqəsi olan Apartmaq və Azmaq fellerində olduğu kimi bu kökdən gələn sözlərdə böyüklük və şiddət məzmunu var.
Abi (böyük qardaş) və Aba/Apa (ata, baba) mənaları da yenə bu adla əlaqəlidir. Köhnə Monqolca ilə Mançurcada Aba və köhnə Türkcədə Av sözləri ov, ovlanmaq mənalarını da kəsb edir. Anadolu Türkcəsində Abakan sözü comərd, şərəfli mənalarına gəlir.
MƏNBƏ Dəniz Qaraqurd
“TÜRK ƏFSANƏ LÜĞƏTİ”