Bəxtiyar Vahabzadə kimdir?

Bəxtiyar Vahabzadə kimdir?

Vahabzadə Bəxtiyar Mahmud oğlu, Azərbaycan SSR-in Nuxa qəzası, Şəki şəhərində 16 avqust 1925-ci ildə anadan olmuş məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır.

Bəxtiyar Vahabzadənin 9 yaşı olduğunda ailəsiylə birgə Bakıya köçmüşdür. Burada orta məktəbi bitirmiş və daha sonra Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsində 1942 və 1947 illər arasında təhsil almışdır.

O, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını 1952-ci ildə müdafiə etmişdir. Şair bədii yaradıcılığına 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O andan etibarən mətbuatda şeirləri və elmi məqalələri çap olunmağa başlanır.

Bəxtiyar Vahabzadənin ilk kitabı lirik şeirlərdən ibarət olan və faşizmə qarşı mübarizədə qalib olmuş xalqın düşüncələrini əks etdirən “Mənim dostlarım” adlı kitabı olmuşdur. O hər zaman müasir dövrün problemlərini öz şeir və poemalarında əks etdirmişdir. 1960-2003 illəri ərzində onun “İkinci səs”, “Vicdan”, “Yağışdan Sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız Günah”, “Dar Ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.

O tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyətinə davam etmişdir.

Bəxtiyar Vahabzadə 1960-cı illərdə başlayan milli azadlıq hərəkatının öncülərindən biri idi. O, özünün 1958-ci ildəki “Gülüstan” poemasında parçalanmış Azərbaycanın tarixi faciəsini işıqlandırmış, rus və fars imperiyası arasında ayrılmış xalqın istiqlal uğrundakı ədalətli savaşına qoşulmuşdur.

Bu əsərə istinadən şair 1962-ci ildə “milliyətçi” damğası ilə ADU-dan çıxarılmış, amma iki ildən sonra onun işi bərpa edilmişdir. Şair hər zaman mübarizəyə davam etmiş və birbaşa Sovetin qəddarlıqlarını ifşa edən əsərlərini, sovet ittifaqı dağıldıqdan sonra “Sandıqdan Səslər” başlığı ilə nəşr etdirmişdir.

Şairin əsərləri dünyanın bir çox dillərinə – ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, eyni zamanda keçmiş Sovet Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibində fəaliyyət göstərmişdir. Şair 1995-2000-ci illərdə millət vəkili kimi fəaliyyət göstərmişdir.

9 iyun, 1959-cu ildə şairə “Əməkdə fərqlənməyə görə” medalı təqdim edilmişdir. Bunun ardından,o, 13 sentyabr 1974-cu ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adıyla təltif edilmişdir. Bir il sonra isə şair “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür. O 1 noyabr 1984-cü ildə “SSRİ Dövlət Mükafatı” ilə şərəfləndirilmişdir. Şairin “Azərbaycan SSRİ Xalq Şairi” , “Əmək Veteranı” , “İstiqlal” ordeni və Rumıniyada onun adına verilən “Ləyaqət” ordeni kimi mükafatları vardır.

Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə Bakıda vəfat etmişdir.

Mövzuya görə xəbərlər

Məxdumqulu Fəraqi kimdir?

Məxdumqulu Fəraqi kimdir?

Çokan Vəlixanov kimdir?

Çokan Vəlixanov kimdir?

Murat Kurum kimdir?

Murat Kurum kimdir?

Alper Gezeravcı kimdir?

Alper Gezeravcı kimdir?

Sədi Şirazi kimdir?

Sədi Şirazi kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?

Ömər Fəxrəddin Paşa kimdir?