BAKI, TurkicWorld, Orxan Qədirzadə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 10 illik fəaliyyətini əhatə edən xüsusi icmal işıq üzü görüb.
TurkicWorld xəbər verir ki, icmalda Mərkəzin monitorinq və qiymətləndirmə, makroiqtisadi təhlil və proqnoz, kommunikasiya fəaliyyəti, innovativ layihələri və beynəlxalq uğurları ətraflı təqdim olunub.
Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırdı. #Nəticəəsaslı #büdcə və proqram idarəetməsi sahəsindəki islahatlar Mərkəzin dövlət idarəetməsindəki rolunu daha da möhkəmləndirdi.
Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 25-ci yerə qədər irəlilədi və top-islahatçı ölkə statusu aldı.
İİTKM-in beynəlxalq uğurları OECD və WIPO tərəfindən də qiymətləndirildi.
10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş #nəşrlər, 30 #kitab və 800-dən artıq icmal Mərkəzin məhsuldar fəaliyyətini göstərir.
İİTKM qlobal miqyasda BMT, Dünya Bankı, BVF və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir, “G20” və “G7” ölkələrinin beyin mərkəzləri platformalarında təmsil olunur.
İcmalda Mərkəzin nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Türk Dünyası Araşdırmaları Mərkəzi barədə ayrıca bölmələr təqdim olunub.

