Bakı. TurkicWorld:
Şəbnəm Fərah 12 aprel 1972-ci ildə Yalovada anadan olub. Balaca yaşda musiqi ilə tanış olmasında ailəsinin rolu böyük olub.
Məktəbdə ikən mandolin və solfecio dərsləri almağa başlayıb.
İlk dəfə məktəb illərindəykən məktəb orkestralarında və balaca topluluqlar qabağında səhnə alıb. Pegasus adlı qrup ilə bir müddət işlədikdən sonra 80-ci illərin əvvəlində Bursada bir studiyanın köməyi ilə xəyalını qurduğu qız qrupu Volvoxu qurub. 1988-ci ildə Volvox ilə bir çox yerdə səhnə alan sənətçinin instituta girməsi ilə qrup yoldaşlarından bir müddət ayrı qalıb.
Volvox qız qrupunun 1994-cü ildə dağılmasından sonra Şebnem Ferah solo karyerasına üstünlük verməyə başlayıb. Onno Tunc və Sezen Aksunun köməyi ilə ilk albomu olan "Kadın" çıxıb. Həmin albomda olan "Vazgeçtim Dünyadan" adlı mahnısı qısa müddətdə çox böyük uğur qazanıb.
İlk klipini albomun çıxış mahnısı olan "Vazgeçtim Dünyadan" mahnısına çəkdikdən sonra albomda olan "Yağmurlar","Bu aşk fazla sana" və "Fırtına" adlı mahnılarına da klip çəkdirib. 1997-ci ilin aprelində İzmir Ege İnstitutunda verdiyi ilk konsert çox böyük maraqla qarşılanıb.
Albom çalışmasından sonra ölkədaxili turneyə çıxan sənətçi bir yandan da səhnə proqramlarına davam edib. 1998-ci ildə bacısının vəfatı ilə bir müddət aktiv musiqi həyatından uzaq qalıb.Bu uzun səssizliyin sonrasından 1999-cu ildə "Artık kısa cümleler kuruyorum"adlı albomunu çıxarıb. "Bugün" adlı çıxış mahnısını itirdiyi bacısına həsr edib. İskəndər Paydaş və Pentagram üzvləri ilə işləyən sənətçi bu albomdan ikinci klipini "Artık kısa cümleler kuruyorum" mahnısına çəkib.
Şəbnəm Fərah bir sonrakı albom çalışması zamanı -17 avqust 1999-cu il zəlzələsində atasını itirib. Albom çalışmalarına qısa bir müddət ara verdikdən sonra 2001-ci ildə "Perdeler" adlı üçüncü albomunu çıxarıb. Ozan Tügen, Buket Doran, Metin Türkcan, Aykan İlkan və Ceren Tügendən ibarət olan öz qrupu ilə işləməyə başlayan sənətçi bu albomda yer alan "Perdeler" adlı mahnısını Apokaliptika ilə ifa edib.
2003-cü ildə "Kelimeler Yetse" adlı albomunu çıxardan sənətçi çıxış mahnısı olaraq "Ben şarkımı söylerken"i seçib. Albom çalışmalarının yanında duetlərə də yer verib və Müzeyyen Senar, Polad Bülbüloğlu, Kargo, Teoman, İlgi Özdikmenli, Sezen Aksu, Ogün Şalısoy, Haluk Levent və Bülent Ortaçgil kimi sənətçilərlə işləyib.
İki il hazırlıq müddətindən sonra 2005-ci ildə "Can Kırıkları" adlı beşinci studiya albomunu çıxarıb. İlk klipi "Can kırıkları" adlı mahnıya çəkdikdən sonra "Çakıl Taşları"adlı klipi bütün musiqi kanallarında göstərilməyə başlayıb. 10 mart 2007-ci il tarixində Bostancı Gösteri Mərkəzində Orhan Şallıel başcılığı altında olan İstanbul Senfoni Projesi Orkestrası ilə verdiyi konsertin DVD-si və Cd-si sənətçinin ilk konsert albomu olaraq çıxıb və konsert albomu 500 min nüsxə ilə satılıb.
Albomları:
1996: — "Kadın"
1999: — "Artık Kısa Cümleler Kuruyorum"
2001: — "Perdeler"
2003: — "Kelimeler Yetse"
2005: — "Can Kırıkları"
2007: — "10 Mart 2007 İstanbul Konseri"
2009: — "Benim Adım Orman"







