"Hedef KIZILELMA” sənədli filminin təqdimat tarixi açıqlanıb

"Hedef KIZILELMA” sənədli filminin təqdimat tarixi açıqlanıb

Bakı TurkicWorld

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın inkişaf mərhələlərindən və Baykarın pilotsuz uçuş aparatının inkişaf səyahətindən bəhs edən “Hədəf KIZILELMA” sənədli filminin ilk bölümü mayın 10-da təqdim olunacaq.

TurkicWorld xəbər verir ki, film saat 21:00-da Baykarın rəsmi YouTube kanalında yayımlanacaq.

Baykar tərəfindən milli və orijinal qaynaqlarla inkişaf etdirilən Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA-nın inkişaf hekayəsi və Baykarın yüksək texnologiyalı milli və orijinal pilotsuz uçan aparat inkişaf etdirmə yolu ilə təxminən 20 il davam edən səfəri " Hədəf KIZILELMA" başlığı ilə yayımlanacaq.

Qeyd edək ki, film iki bölümdən ibarət olacaq.

İki hissədə yayımlanacaq sənədli film, Bayraktar KIZILELMA-nın 14 dekabr 2022-ci il tarixində ilk uçuşuna qədər yaşananlardan, Baykar və Bayraktar ailəsinin keçmişdən bu günə qədər keçdiyi çətin prosesdən bəhs edəcək. “ Hedef KIZILELMA” sənədli filminin ilk bölümü 10 May çərşənbə günü saat 21: 00-da Baykarın YouTube kanalında yayımlanacaq. Davam edən post prodakşn işləri tamamlandıqdan sonra sənədli filmin ikinci hissəsi qısa müddət sonra Baykarın rəsmi YouTube kanalında nümayiş etdiriləcək.

Mehriban Xəlilli