Bakı, TurkicWorld:
Həmyerlimiz Muhəmməd Hacı Hüseyn oğlu Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Taekwondo döyüş növünün ITF versiyasinda ölkə birincisi olub. TurkicWorld-un məlumatına görə, Muhəmməd finalda özündən bir dan yuxarı olan iştirakçını məğlub edərək birinci yerə layiq görülub . Məlumat üçün bildirək ki, bu Məhəmmədin BƏƏ Taekwondo birinciliyində 2-ci cempinluğudur və Muhəmmd bundan əvvəl 23 noyabr 2018-ci ildə də BƏƏ Taekwondo birinciliyində yarışmanın qalibi olmuşdu.
Qeyd edək ki, əslən Azərbaycandan olan Muhəmməd 2-ci dan qara kəmər sahibidir və idman karyerasını 2014-cü ildə Malayziyada başlayıb. 2018-ci ildə ilk dəfə Qara kəmərə sahib olub. Hal-hazırda BƏƏ - nin Abu-Dabi şəhərində ailəsi ilə birgə yaşayır.