Son dəqiqə

Azərbaycan Azərbaycan ordusu Pakistan Kərim Vəliyev Müdafiə Nazirliyi Pakistan-Azərbaycan münasibətləri Hərbi parad

Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər

BAKI, TurkicWorld

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Mövzuya görə xəbərlər