Son dəqiqə

FHN Bakı Neft Emalı zavodu

Bakıda Neft Emalı Zavodunda yanğın söndürülüb

Bakı, TurkicWorld

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq FHN Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

"Əlavə məlumat veriləcək", - deyə FHN-dən bildirilib.

Eyni zamanda, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Bundan əlavə, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Mövzuya görə xəbərlər