FIA-nın illik tədbiri Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə ilk dəfə Bakıda olacaq

FIA-nın illik tədbiri Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə ilk dəfə Bakıda olacaq

Bakı. TurkicWorld:

Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə 5-8 dekabr tarixlərində lk dəfə Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

Paytaxtımız avtomobil idmanı sahəsində il yekununun ən gözlənilən tədbirlərindən birinə ev sahibliyi etməyə hazırlaşır. Bakıda FIA-nın Baş Assambleyası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları təşkil olunacaq.

Dekabrın 8-də isə Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası, Bakı Konqres Mərkəzində Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək.

FİA Mükafatlandırma mərasimi beynəlxalq avtomobil idmanının əsas sahələri üzrə çempionlara mükafatları təqdim etmək üçün parlaq hadisə sayılır. 2011-ci ildən etibarən FİA Mükafatlarma mərasimi FİA illik Baş Assambleyası həftəsinin ənənəvi bağlanışı olmaqla yanaşı həm də yaddaqalan və möhtəşəm tədbir hesab edilir.