Son dəqiqə

Azərbaycan Avtomobil Federasiyası (AAF)

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

BAKI,TurkicWorld

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-ə və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb.

TurkicWorld xəbər verir ki, festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunurdu.

Mövzuya görə xəbərlər