Son dəqiqə

Baku Network Rasim Musabəyov Tofiq Abbasovla dialoq verilişi

Reinteqrasiyanın qapıları bağlanmayıb - Rasim Musabəyov

Bakı. TurkicWorld:

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

TurkicWorld xəbər verir ki, verilişin qonağı millət vəkili, politoloq Rasim Musabəyov olub.

R.Musabəyov bildirib ki, azərbaycanlıları vaxtilə Ermənistandan zorla, hədə-qorxu ilə çıxardılar:

"Bu, etnik təmizləmə idi. Amma onlardan fərqli olaraq, biz onlara şərait yaratdıq ki, qalsınlar. Ölkəmizin ərazisindən çıxan bütün ermənilərlə sorğu aparılıb, soruşublar ki, niyə gedirsiniz? Onların əksəriyyəti deyib ki, qondarma rejim bizi getməyə vadar edir. Bu prosesin arxasında bir məkr dururdu ki, süni şəkildə Azərbaycanı ittiham etsinlər, Azərbaycanın boynuna təzminat məsuliyyəti qoysunlar. Amma bu, alınan iş deyil.

Biz bu gün də deyirik ki, yollar açıqdır, reinteqrasiyanın qapıları bağlanmayıb. Əgər söhbət Qarabağda yaşayan insanlardan gedirsə ki, onlar yerli qarabağlıdırlar, ordan-burdan, Livandan-Suriyadan köçürülən ermənilər deyillərsə, bəli, onların bizim cəmiyyətimizdə yeri var", - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər