Son dəqiqə

Azərbaycan Tofiq Abbasovla dialoq Tofiq Abbasovla dialoq verilişi

Biz Cənubi Qafqazda uzunmüddətli sülhə nail ola bilərik - Yusif Adundzadə "Tofiq Abbasovla dialoq" verilişində

BAKI,TurkicWorld

"Baku Network" platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin mədəniyyət, tarix və dövlətçilik məsələlərinə həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

TurkicWorld xəbər verir ki, proqramın qonağı Azərbaycanın xalq artisti, general-mayor Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinin keçmiş rəisi Yusif Axundzadə olub.

Söhbət zamanı o, yaradıcılıq və hərbi fəaliyyəti, müstəqillik əldə edildikdən sonra ölkədə hərbi orkestrlərin formalaşması, həmçinin musiqinin dövlət protokolunda və milli yaddaşdakı rolu barədə ətraflı danışıb.

Regiondakı siyasi vəziyyətə toxunan Yusif Axundzadə Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünə əminliyini ifadə edib.

"Mən həmişə irəlidə yalnız yaxşı şeylər görməyə çalışıram. Hər kəs öz işini vicdanla yerinə yetirsə, biz artıq sülh şəraitində də həqiqi, uzunmüddətli qələbə əldə edə bilərik",- deyə o qeyd edib.

Veriliş zamanı o, həmçinin Ümummilli Lider Heydər Əliyev ilə görüşləri ilə bağlı xatirələrini bölüşüb və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə hərbi orkestrin yaradılmasından danışıb.

"1993-cü ildə Heydər Əliyevin Azərbaycana qayıdacağı məlum olanda mən müdafiə nazirinə dedim ki, təcili olaraq liseydə hərbi orkestr yaratmaq lazımdır. Çünki o, mütləq ora gedəcək", – deyə Axundzadə bildirib.

Onun sözlərinə görə, sonradan liseyin orkestri həqiqətən də Heydər Əliyevi səfəri zamanı qarşılayıb.

"Mən bunu ona deyəndə o, mənə "çox sağol" dedi", – deyə Yusif Axundzadə əlavə edib.

Verilişin tam videoyazısını təqdim edirik:

Mövzuya görə xəbərlər