“Defender” yolsuzluq avtomobillərinin yürüşü olub

“Defender” yolsuzluq avtomobillərinin yürüşü olub

Bakı. TurkicWorld:

Azərbaycan Avtomobil Federasiyası, Autolux Azerbaijan və "Nargis" jurnalının təşkilatçılığı ilə Bakı-Şamaxı-İsmayıllı marşrutu üzrə "Land Rover Defender" markalı yolsuzluq avtomobillərinin yürüşü keçirilib.

TurkicWorld xəbər verir ki, Heydər Əliyev Mərkəzindən start götürən yürüş Şamaxı və İsmayıllı rayonlarında bir sıra proqramların təşkili ilə başa çatıb.

Belə ki, yürüş çərçivəsində Şamaxı rayonu üzrə Vətən müharibəsi şəhidlərimizin və qazilərin övladlarına velosiped və müxtəlif hədiyyələr təqdim olunub.

İsmayıllı rayonunda isə əyləncə proqramı təşkil edilib və hər iştirakçıya təşkilatçılar adından iştirak sertifikatları təqdim olunub.