Son dəqiqə

Baku Network

Qaqik Ohancanyan: Qarabağ erməniləri Azərbaycanı deyil, ilk növbədə öz qondarma liderlərini günahlandırır - Baku Network platformasında

Bakı. TurkicWorld:

Baku Network ekspert platformasında texniki elmlər namizədi, yazıçı, Rusiya Təbiət Elmləri Akademiyasının professoru Qaqik Ohancanyanla müsahibə efirə buraxılıb.

TurkicWorld çərşənbə axşamı xəbər verir ki, Qarabağdakı hazırki vəziyyətdən danışan Ohancanyan Qarabağın erməni sakinlərinin Azərbaycanı deyil, ilk növbədə öz qondarma liderlərini günahlandırır.

"Ermənilər Azərbaycanı ən son günahlandırırlar. Hamı dərk edib ki, başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Hər şey ondan başladı ki, bir yerdə yaşaya bilməyəcəyimiz elan olundu. Mən xalqlar barədə ümumiləşdirmə etməyin əleyhinəyəm. Erməni xalqında müxtəlif insanlar var. Onlar böyük məyusluq yaşayır və bu Azərbaycanla bağlı deyil, onilliklər boyu, hələ SSRİ dağılmazdan əvvəl təlqin edilən paradiqma ilə bağlıdır. İnsanlar unudublar ki, onlar ilk növbədə sadəcə insanlardır, daha sonra bu və ya digər milliyətin nümayəndələridir. Bizim 90 faiz ortaq cəhətimiz var, fərqlərimiz isə 10 faiz, ola bilsin ki, hətta daha azdır. Azərbaycanlılar və Qarabağda yaşamış ermənilər qənaətkar insanlardır və demək olar ki, heç nə ilə fərqlənmirlər. Nə ermənilər, nə də azərbaycanlılar övladlarını uşaqlıqdan öldürməyə, oğurlamağa, başqasının hesabına yaşamağa öyrətmirlər. Erməni xalqı ilə əsaslı şəkildə işlənilib. Bizi sadəcə qladiator kimi kökləyiblər. Yəni bütün bunlar süni şəkildə edilib", - o deyib.

Ohancanyanın sözlərinə görə, xalqla işlənilməyə başlanıldığının ilk əlaməti onun qədim xalq olduğunun təlqinidir.

"Azərbaycanlılar da, ermənilər də vicdanlı xalqlardır. Heç bir azərbaycanlı ana öz uşağına özgəsinə aid olanı ələ keçirməyi, öldürməyi, qarət etməyi öyrətmir. Erməni anaları da eynən elədir. Onlar hamısı təmiz zəhmətlə yaşamağı öyrədir", - o deyib.

Ohancanyan xüsusən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın təbliğ etdiyi Azərbaycan və erməni xalqlarının bir arada mövcudluğunun "mümkünsüzlüyü" mövzusuna toxunub.

"Robert Köçəryan qatı milliyyətçi faşistdir. Hələ dünən qardaş münasibətində olduğun insanlar haqqında necə belə danışmaq olar? Biz danışmağa, ola bilsin ki, üzr istəməyə, diskussiyalar aparmağa məcburuq. Şəhərləri, kəndləri, abidələri dağıtmağa başladıqda özümüz də anlamadan qatı orta əsrlər dövrünə yuvarlanmışıq. Robert Köçəryanın erməni və azərbaycanlıların birgə mövcudluğunun mümkünsüzlüyü barədə dediklərinə gəlincə isə, hələ də başa düşə bilmirəm, necə xəstə zehniyyətli insan olasan ki, orada yaşadığın halda bunu deyəsən. Mən 17 il Qarabağda yaşamışam, insanlarla ünsiyyətdə olmuşam. Bu psevdo-vətənpərvərliklə necə zombiləşmək olar? Bu axmaqqlıqdır. Lakin Köçəryan prezident olduqdan sonra hamı gördü ki, o səfehdir və onu istifadə etmək olar", - Ohancanyan deyib.

Bundan başqa, o Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Qarabağın tərəqqisinə verdiyi böyük töhfədən danışıb.

"Demək olar ki, 70-ci illərə qədər Qarabağ yardıma möhtac idi. Sərsəng su elektrik stansiyası (SES) tikildiyi illərdə həyat keyfiyyətinin necə dəyişdiyini xatırlayıram. Qarabağ sakinləri öz daxmalarından çıxaraq özlərinə davamlı möhkəm evlər tikiblər. Hələ bu, Sovet dövründə tikinti materialları mağazalarının olmadığı vaxtda baş verib. O vaxt mənim atam Qarabağ rayonlarından birində rəhbər idi. O, Heydər Əliyevin qəbulunda olmuşdu. Ermənilərin orada evlər tikdiyindən söhbət düşəndə Heydər Əliyev deyib: "Nə olsun? Onlar da bizim xalqımızdır. İnsanlar elektrik enerjisinə çıxış əldə etdilər. Kənd insanları üçün bu, böyük hədiyyə idi", - Ohancanyan deyib.

TurkicWorld müsahibənin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Mövzuya görə xəbərlər