Son dəqiqə

Baku Network Nadir Adilov Elçin Alıoğlu

Azərbaycanın Sinqapur Mediasiya konvensiyasına qoşulması istiqamətində işlər aparılır - Nadir Adilov Baku Network platformasında

BAKI, TurkicWorld

Baku Network platformasında Azərbaycanda mediasiya institutunun inkişafına həsr olunmuş analitik layihənin yeni buraxılışı təqdim olunub.

Verlişin qonağı Mediasiya Şurasının idarə heyətinin sədri fəlsəfə elmləri doktoru, dosent Nadir Adilov olub. Alim bu hüquqi sahədə müraciətlərin və real tendensiyaların dinamikası barədə ətraflı danışıb.

Nadir Adilovun sözlərinə görə, "Mediasiya haqqında" Qanun faktiki olaraq vətəndaşa əvvəllər yalnız məhkəməyə aid olan səlahiyyətlərin bir hissəsini ötürür. İndi ailə və əmək mübahisələri mütləq barışıq prosedurundan keçirilir.

"Dövlət vətəndaşa hakimdən eşitmək istədiyi qərara nail olmaq şansı verir - amma tərəflərin qarşılıqlı razılığı əsasında. Əsas odur ki, vətəndaş öz hüquqlarını bilsin və mexanizmi başa düşsün", – deyə o vurğulayıb.

Nadir Adilovun sözlərinə görə, 2025-ci ilin ilk üç rübündə mediasiya sisteminə təxminən 38 min müraciət daxil olub:

"Əsas axın ailə münaqişələri ilə bağlıdır, ardınca əmək mübahisələri gəlir. Könüllü mülki və iqtisad işlər artıq etibarın dayanıqlı tendensiyasını formalaşdırır. Müraciətlərin ümumi sayından 34 mindən çox iş artıq yekunlaşıb. Lakin yekunlaşmaların təxminən yarısı tərəflərdən birinin iştirakdan yayınması nəticəsində mediatorun faktiki olaraq birtərəfli formatda işlədiyi hallardır".

N. Adilov bildirib ki, həmin dövrdə tərəflər 620 barışıq sazişi imzalayıblar:

"Bu sazişlərin böyük hissəsi ailə mübahisələrinə, əhəmiyyətli hissəsi əmək işlərinə, qalanı isə iqtisadi və mülki mübahisələrə aiddir".

Nadir Adilovun fikrincə, illərlə davam edən münaqişələrin bir çoxu köhnəlmiş adətlərdən qaynaqlanır: iyirmi il əvvəlki cehiz, qızıl, məişət əşyaları. Bütün bunlar hüquqi tıxaclar yaradır və onlarla yaxın qohumları münaqişəyə cəlb edir. O, həll yolunu məcburi nikah müqaviləsində görür, hansı ki, nikah faktının qeydiyyata alınması zamanı bir normaya çevrilməlidir.

Nadir Adilov xatırladıb ki, Azərbaycan Türk Dünyası Mediasiya İttifaqının həmtəsisçisidir. Mediasiya üzrə Sinqapur Konvensiyasına qoşulmaq istiqamətində işi aparılır ki, bu da sərhədlərarası iqtisadi mübahisələrdə sazişlərin icrasını təmin edəcək.

Mediatorların hazırlanması Azərbaycan Ədliyyə Akademiyası vasitəsilə həyata keçirilir: əsas və ixtisaslaşdırılmış kurslar, hər iki ildən bir icbari ixtisasartırma kursları. Bu gün sistemdə təxminən 400 mediator fəaliyyət göstərir, lakin 300-dən çox şəxs standartlara cavab vermədiyi üçün sistemdən çıxarılıb", – deyə o bildirib.

Nadir Adilovun sözlərinə görə, mediasiya artıq yalnız hüquqi alət deyil, həm də dağıdıcı mübahisələri gündəlik həyatın mövzusundan çıxarmağa kömək edən sosial mexanizmə çevrilib.

Mövzuya görə xəbərlər