Nyu Yorkdakı Türk Evinə edilən hücumun görüntüləri yayılıb

Nyu Yorkdakı Türk Evinə edilən hücumun görüntüləri yayılıb

Bakı TurkicWorld

Türkiyənin Nyu York Konsulluğunun yerləşdiyi və Türkiyə vətəndaşlarının prezident seçkiləri üçün səs verdiyi Türk Evinə edilən hücumun görüntüləri yayılıb.

TurkicWorld xəbər verir ki, Nyu-Yorkda Türkiyə Evinə edilən hücum an-anban təhlükəsizlik kameralarında əks olunub.

Videoda qara paltarlı və qara papaqlı naməlum şəxsin dəmir alətlə pəncərələri qırdığı aydın görünür. Hadisə səhərə yaxın saat 03:14 baş verib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Mehriban Xəlilli

@MXalilbekova