Son dəqiqə

BMT Özbəkistan Şavkat Mirziyoyev UNECE

Özbəkistan BMT ilə iqtisadi sahədə əməkdaşlığı gücləndirir

Bakı. TurkicWorld:

Özbəkistan BMT ilə iqtisadi sahədə əməkdaşlığı gücləndirir.

TurkicWorld-un məlumatına görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İkinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun proqramı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerovanı qəbul edib.

Görüş zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə daha sürətli nail olmaq üçün BMT ilə, o cümlədən UNECE ilə çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramı çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət məmnunluqla qeyd olunub. Özbəkistanın Ümumdünya Ticarət Təşkilatında iştirakı və “Yaşıl Zona” proqramının həyata keçirilməsi, yükdaşımaların rəqəmsallaşdırılması layihələri və toxuculuq sənayesi üzrə səmərəli fikir mübadiləsinin davam etdirilməsinə maraq ifadə olunub.

Mövzuya görə xəbərlər