Bakı,TurkicWorld
Özbəkistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin məlumatına görə, 2024-cü il noyabrın 27-nə Özbəkistanın daimi əhalisi 37,5 milyon nəfərə çatıb.
TurkicWorld xəbər verir ki, bu ilin doqquz ayı ərzində ölkədə 693,9 min yeni doğulmuş körpə qeydə alınıb.
Gündəlik əhali artımı təxminən 2 min nəfərdir.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü il aprelin 22-də əhalinin sayı 37 milyon nəfəri ötüb. Xatırladaq ki, 2022-ci ilin dekabrında Özbəkistan əhalisinin sayı 36 milyon nəfər idi.
Ekspertlərin fikrincə, 2030-cu ilə qədər Özbəkistanın əhalisi 40 milyon nəfərə çatacaq. Son 30 ildə ölkə əhalisi 15 milyon nəfər artıb.
Həmçinin qeyd edək ki, Özbəkistanda orta ömür uzunluğu 74,3 ildir.