Son dəqiqə

Özbəkistan Beynəlxalq Avtomobil Federasiyası (FIA)

FİA-nın bu ilki konfransı Səmərqənddə keçiriləcək

Bakı,TurkicWorld:

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) 2024-cü il genişləndirilmiş konfransı ilk dəfə Səmərqənd şəhərində keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbirin Səmərqənddəki “İpək Yolu” turizm kompleksinin konqres mərkəzində keçirilməsi planlaşdırılır.

İştirak üçün 147 ölkədən 500-dən çox milli avtomobil federasiyalarının prezidenti, motor idman klublarının və motor idmanı ilə bağlı digər təşkilatların nümayəndələri iştirak etmək üçün ərizə təqdim edib.Konfransın yüksək səviyyədə keçirilməsi üçün Özbəkistan İdman Nazirliyi, Özbəkistan Milli Avtomobil İdmanı və Kartinq Federasiyası tərəfindən hazırlıq işləri görülür.

Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyası (FİA) 1904-cü ildə yaradılıb və bu il 120 illiyini qeyd edir.

Mövzuya görə xəbərlər