Daşkənddə 12 mindən çox istehlakçı işıqsız qalıb

Daşkənddə 12 mindən çox istehlakçı işıqsız qalıb

Bakı. TurkicWorld:

Güclü külək nəticəsində Daşkənddə 60 MVt gücündə 110 kV-luq “L-K-D” elektrik şəbəkəsində qəza baş verib.

TurkicWorld xəbər verir ki, nəticədə Daşkənd şəhərinin Pskent, Kuyiçirçik və Urtaçirçik rayonlarında yaşayan 12 min 550 istehlakçının, eləcə də kiçik istehsal müəssisələrinin elektrik enerjisi təchizatı dayandırılıb.

Bundan əlavə, Daşkənd şəhərinin Çilanzar rayonunun 19-cu məhəlləsindəki Xirmontəpə məhəlləsində külək 50 mm diametrli aşağı təzyiqli qaz xəttinin üzərinə düşən iri ağacı kökündən qoparıb. Nəticədə ərazidəki 16 çoxmərtəbəli binada 768 mənzil müvəqqəti olaraq təbii qazsız qalıb.

Hazırda istehlakçıları başqa mənbələrdən enerji ilə təmin etmək üçün səylər göstərilir. Əlverişsiz hava şəraitinə (güclü külək və yağış) baxmayaraq, nasazlıqlar xüsusi qruplar tərəfindən aradan qaldırılır.