Özbəkistan prezidenti Tacikistana səfər edəcək

Özbəkistan prezidenti Tacikistana səfər edəcək

Bakı. TurkicWorld:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev 18-19 aprel tarixlərində Tacikistanda səfərdə olacaq.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Düşənbədə yüksək səviyyəli danışıqlar, bir sıra ikitərəfli görüşlər və birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşün gündəliyinə Özbəkistan və Tacikistan arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqliyin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi daxildir.

Bundan əlavə, Özbəkistan və Tacikistan liderləri aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

X: Lamanasadli01