Özbəkistan və Qazaxıstan E-İcazə Beynəlxalq Yük Daşıma Sistemini istifadəyə verib

Özbəkistan və Qazaxıstan E-İcazə Beynəlxalq Yük Daşıma Sistemini istifadəyə verib

Bakı. TurkicWorld:

Özbəkistan və Qazaxıstan arasında beynəlxalq avtomobil daşımalarında şəraitin yaxşılaşdırılmasına və sistemə rəqəmsal texnologiyaların geniş tətbiqinə böyük diqqət yetirilir.

TurkicWorld xəbər verir ki, bu çərçivədə Özbəkistan və Qazaxıstan arasında yükdaşımaları sürətləndirmək və icazə blanklarının mübadiləsi üçün elektron sistem olan E-İcazə tətbiq edilib.

Məlumata əsasən, ilk kvotalar E-İcazə sistemindən istifadə edilməklə dəyişdirilib və yük avtomobilləri “Yallama” gömrük postundan keçib.

Qeyd edək ki, bu elektron sistem Özbəkistan və Türkiyə arasında ilk dəfə olaraq Özbəkistan Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 11 noyabr 2021-ci ildə tətbiq edilib.

X: Lamanasadli01